“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub edib

  • By ilhame
  • 22 Sentyabr 2024 09:06

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.

 

Gununsesi.info xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesab avtoqolla açılıb. Livakoviç 20-ci dəqiqədə topu öz qapısına göndərib. Mertens 28-ci dəqiqədə hesabı 2:0 edib. “Qalatasaray”ın üçüncü qoluna isə 60-cı dəqiqədə Qabriel Sara imza atıb. “Fənərbaxça”nın təsəlli qolu 63-cü dəqiqədə penaltidən Edin Dzekodan gəlib.

Gununsesi.info