İsrail ordusu “Hizbullah”ın hədəflərinə yeni hücum dalğası elan edib

  • By ilhame
  • 22 Sentyabr 2024 10:03

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

“İlkin məlumat: İsrailin Müdafiə Ordusu hazırda Livanda “Hizbullah” terror təşkilatına aid hədəflərə zərbələr endirir”, – xəbərdə deyilir.

 

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun hava hücumlarının ilk dalğası zamanı “Hizbullah”ın hədəfləri, o cümlədən İsrail ərazisini atəşə tutmağa hazır olan çoxlu sayda atəş qurğuları vurulub.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Gununsesi.info