
Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
Gununsesi.info-ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə cütlük bu dəfə balans hərəkətlərində yüksək nəticə göstərib.
Gimnastlar daha öncə qarışıq hərəkətlərdə birinci yeri tutmuşdu.
Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.
Gununsesi.info