Argentinada zəlzələ olub

  • By ilhame
  • 22 Sentyabr 2024 09:59

Argentinanın San Luis əyalətində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri 183 minə yaxın insanın yaşadığı San-Luis şəhərindən 158 km şimal-qərbdə, zəlzələ ocağı 129 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info