Pezeşkian Nyu-Yorka səfər edəcək

  • By ilhame
  • 21 Sentyabr 2024 19:28

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahına gedəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “İRNA“ məlumat yayıb.

 

Pezeşkian sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək.

 

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas da ABŞ-yə səfər edib.

Gununsesi.info