Azərbaycan gimnastları Portuqaliyada 3-cü qızıl medalı əldə edib

  • By ilhame
  • 21 Sentyabr 2024 22:58

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

 

Gununsesi.info -ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

 

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

 

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.

Gununsesi.info