
ABŞ-nın Minnesota ştatının Minneapolis şəhərində atışma zamanı 2 nəfər ölüb, üç nəfər xəsarət alıb.
Gununsesi.info bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 20 və 21 yaşlı iki kişinin, 16, 17 və 21 yaşlı qızların yaralandığını müəyyən ediblər,
Yaralılardan ikisi (kişilər-red) xəstəxanada ölüb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Atışmanın təfərrüatı açıqlanmır.
Gununsesi.info