Milli Məclisin vitse-spikeri bu şəxs olacaq

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Gununsesi.info xəbər verir ki, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, R.Hüseynovun da təmsil etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə ana müxalifət (3 deputatla) funksiyasını yerinə yetirir. Bundan öncə də parlamentdə ana müxalifət olan VHP-nin namizədi Fəzail İbrahimli vitse-spiker postunu tutmuşdu.

Parlamentin ilk iclası bu gün keçiriləcək.