“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

  • By ilhame
  • 21 Sentyabr 2024 21:43

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

 

Gununsesi.info xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

 

Liderlər qrupunda qərarlaşmış “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Tovuz təmsilçisi qələbə qazansa, zirvədəki mövqeyinə qayıdacaqdı. Amma üç qolun qeydə alındığı bu görüşdə qonaq komanda qalib gəlib.

 

Turun əvvəlki oyunlarına “Kəpəz” “Şamaxı”ya uduzub (0:2), “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabıyla yenib. “Səbail” – “Sabah” və “Sumqayıt” – “Zirə” oyunları sabah keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

7-ci tur

21 sentyabr

 

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2

Qollar: Ayxan Hüseynov, 48 – Ramon Maçado, 44. Felipe Santos, 55.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.

Tovuz şəhər stadionu. 18:00.

Gununsesi.info