
Almaniya kansleri Olaf Şolzun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Brandenburqda keçirilən seçkilərdə sağçı Almaniya üçün Alternativ (AfD) partiyası üzərində kiçik fərqlə qalib gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters seçki komissiyasına istinadən məlumat yayıb.
Seçki komissiyasının məlumatına görə, SPD 30,9 faiz, AfD isə 29,2 faiz səslə qalib gəlib. Üçüncü yeri seçicilərin 13,5 faizinin səs verdiyi “Sarah Vaqenknextin Birliyi – Səbəb və Ədalət naminə” partiyası tutub.
Eyni zamanda SPD ilə federal səviyyədə koalisiyada olan Almaniya Azad Demokrat Partiyası (FDP) və Yaşıllar əyalət parlamentinə üzvlük üçün tələb olunan 5 faizlik baryeri aşa bilməyib.
Şolz daha əvvəl AfD-nin Saksoniya və Türingiyadakı regional seçkilərdəki uğurunu tənqid etmişdi.
Gununsesi.info