Mahir Emreli debüt matçında “fərqləndi”

  • By ilhame
  • 21 Sentyabr 2024 20:11

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında debüt edib.  

 

Gununsesi.info xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandası “Nürnberq”in heyətində bu gün “Herta”ya qarşı ev matçında meydana çıxıb. O, 6-cı turun bu görüşündə ehtiyatda yer alsa da, 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub.

 

Lakin onun ilk matçı uğurlu alınmayıb. M.Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, “Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur. “Herta” isə bu qələbə sayəsində xalını 10-a çatdırmaqla 7-ci pilləyə yüksəlib.

Gununsesi.info