Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

  • By ilhame
  • 22 Sentyabr 2024 12:13

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

 

Gununsesi.info-ya bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, sentyabrın 23-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Gununsesi.info