
Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.
Gununsesi.info-nun məlumatına görə, XI turda Braziliya ilə üz-üzə gələ yığma 3:1 hesablı qələbə qazanıb.
Aydın Süleymanlı – Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov – Alexander Fier 0,5:0,5
Rauf Məmmədov – Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov – Dieqo Di Berardino 1:0
Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.
Gununsesi.info