
Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. Bu, Sahibə Qafarovadır.
S.Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
***
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.
***
Rafael Hüseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Xatırladaq ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.