AK rus qazından imtina planını təsdiqlədi

Avropa Komissiyası (AK) bu gün AB-nin Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə rəsmisi Dan Yorgensen Strasburqda mətbuat konfransında bildirib.

“Bu gün biz “yol xəritəsi”ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik”, – o qeyd edib.

Gununsesi.info