Rusiyada keçmiş qubernator həbs olundu

  • By Günel
  • 16 Aprel 2025 22:29

Külli miqdarda dələduzluqda ittiham olunan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov həbs olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Moskvanın Meşçanski Məhkəməsindən məlumat verib.

Məlumata görə, Smirnov Ukrayna ilə sərhəddə istehkamların tikintisi zamanı 1 milyard rubl məbləğində dələduzluqda ittiham olunur.

Gununsesi.info