Pezeşkian Cavad Zərifin istefasını qəbul edib

  • By Günel
  • 16 Aprel 2025 23:00

İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefa ərizəsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat “Azad İran” Telegram kanalında yer alıb.

Bildirilir ki, Zərif istefasını hələ 3 mart tarixində təqdim etsə də, İran Prezidenti onun ərizəsini ötən gün qəbul edib.

Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.

Gununsesi.info