Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb

  • By Günel
  • 16 Aprel 2025 22:42

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Gununsesi.info məlumat verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

Gununsesi.info