Venesuelada zəlzələ oldu

Karib dənizində, Venesuela sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən məlumat yayıb.

Zəlzələnin episentri Paria yarımadasındakı (Venesuela) Karupano şəhərindən 108 km şərqdə, Trinidad və Tobaqo Respublikasının paytaxtı Port of Speyndən 85 km qərbdə yerləşib.

Bundan əvvəl Çin Xalq Respublikasının (ÇXR) Tibet muxtar bölgəsində də 5,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

Gununsesi.info