Yasamalda beşmərtəbəli binada yanğın oldu

  • By Günel
  • 08 İyun 2025 15:12

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 m² sahədə ev əşyaları yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info