
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu vəzifəsindən azad edib.
Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Yeni müdafiə naziri vəzifəsinə daha əvvəl müdafiə nazirinin müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş komandanı olmuş Dauren Kosanov təyin edilib. Bundan əlavə, Prezident Tokayev nəqliyyat naziri Marat Karabayevi də vəzifəsindən azad edib.
Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı ona rəsmi töhmət vermişdi.
Hazırda Qazaxıstan Nəqliyyat Nazirliyinə kimin rəhbərlik edəcəyi barədə məlumat verilməyib.