Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefonla danışdı - FOTO

  • By Günel
  • 08 İyun 2025 16:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan söhbət zamanı qeyd edib ki, Türkiyə ilə Pakistan arasında mövcud olan tarixi dostluq və güclü həmrəylik atılan qarşılıqlı addımlar nəticəsində daha da möhkəmlənib.

Gununsesi.info