Tramp və Mask arasında dostluq münasibəti pozulub

  • By Günel
  • 08 İyun 2025 14:52

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskla olan dostluq münasibətlərinin artıq sona çatdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına verdiyi müsahibəsində danışıb.

“Düşünürəm ki, bəli”, – Tramp münasibətlərin bitdiyini təsdiqləyib və gələcəkdə Maskla əlaqə saxlamayacağını bildirib.

“Çox işim var. Onunla danışmaq fikrində deyiləm”, – o əlavə edib.

Tramp, həmçinin İlon Maskı prezidentlik institutuna qarşı hörmətsiz münasibət göstərməkdə ittiham edib.

Gununsesi.info