
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!” – məlumatda deyilir.