Komissar Bakıya gəlir

  • By Günel
  • 03 Aprel 2025 19:53

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen aprelin dördündə Azərbaycana gələcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.

Qeyd olunub ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısında iştirak edəcək.

Gununsesi.info