Rusiyalı general: Lazer silahları Ukraynadakı münaqişənin gedişatını dəyişə bilər

  • By Günel
  • 03 Aprel 2025 20:40

“Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri “News.ru”ya müsahibəsində aviasiya general-mayoru Sergey Lipovoy deyib.

“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, – deyə general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.

Gununsesi.info