Avtomobil azyaşlının üzərindən keçdi

  • By Günel
  • 03 Aprel 2025 19:36

Gəncədə qadın sürücünün idarə etdiyi avtomobil azyaşlının üzərindən keçib.

Gununsesi.info -nun yerli bürosu xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, şəhərin sosial binalarında yaşayan 2013-cü il təvəllüdlü K. Əsgərova binanın qarşısında velosiped sürərkən sürücü maşını arxaya vermək istədikdə onu vurub.

Sürücü avtomobili irəli sürərkən yenidən azyaşlının ayaqları üzərindən keçib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info