Vətəndaş “Kargolux”dan şikayət etdi

Vətəndaş kargoluxdan şikayətçidir.

Gununesi.info  bildirir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

“Şikayətim @kargolux ilə bağlıdır. Həmişə evimin yaxınlığındakı kargomat aparatına sifarişlərimi verirdim və oradan götürürdüm. Artıq ikinci dəfədir ki, sifarişim başqa filiallara yönləndirilir. Mən körpə uşaqlıyam, başqa filiala gedə bilmirəm. Niyə bu qədər məsuliyyətsiz yanaşırlar? Lazım olsaydı, özüm həmin filialı seçərdim. Öz işlərini keçsinlər deyə camaatı çətin vəziyyətə salıblar!”,-deyə vətəndaş qeyd edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

Gununesi.info