Azərbaycanda 2026-cı ilin ilk 9 ayında yol-nəqliyyat hadisələrinin sayı 67 fakt azalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.
İclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.










