Azərbaycanda 2026-cı ilin ilk 9 ayında axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində oktyabrın 29-da keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdən bağlı qalmış 294 cinayət də açılıb. Bundan başqa, ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib.










