Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2026 10:36

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Gununesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Gununesi.info