Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsinin sakinləri kanalizasiya sisteminin tez-tez sıradan çıxmasından şikayətçidirlər.
Gununesi.info xəbər verir ki, sakinlər bu barədə redaksiyaya müraciət ediblər.
Onların sözlərinə görə, hər dəfə yağış yağanda küçə su altında qalır və bu vəziyyət günlərlə davam edir. Sakinlər aidiyyəti qurumların yaranmış problemlə maraqlanmadığını bildirirlər.
“Yağış yağan kimi küçəmiz bərbad vəziyyətə düşür. Günlərlə küçədə su qalır. Aidiyyəti qurumlardan isə gəlib vəziyyətlə maraqlanan yoxdur”, – deyə sakinlər əlavə ediblər.
Günay











