Küləkli havada işlərə fasilə veriləcək

  • Müəllif: Orxan
  • 30 Oktyabr 2026 11:13

Küləkli hava şəraitində açıq iş yerlərində, o cümlədən həmin iş yerlərindəki qurğularda işin dayandırılacaq  və işçilərə fasilələr veriləcək.

Gununsesi.info xəbər verir ki, bu məsələləri  özündə ehtiva edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik qanun layihısi parlamentin iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə edilən dəyişikliklərlə soyuq və isti hava şəraiti ilə yanaşı, küləkli hava da işin dayandırılması üçün nəzərdə tutulan hallara əlavə edilib.

Dəyişikliyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda icazə veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla bütün növ işlər dayandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Gununsesi.info