Azərbaycanda narkotik dövriyyəsindən 6 tondan çox maddə çıxarılıb

Azərbaycanda 2026-cı ilin ilk 9 ayında qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə oktyabrın 29-da Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı 1 ton 780 kiloqram artıb.

İclasda narkotik vasitələrin, psixotrop maddələrin və onların ilkin xammalının qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də internet vasitəsilə narkotik satışının qarşısının alınması ilə bağlı tapşırıqlar verilib.

 

Gununsesi.info