Cəmil Həsənli: “ Allah Orxan Saffarinin boyundan kəsib qələminə versə, gələcəkdə ondan oxunaqlı bir yazıçı alına bilər”

  • Müəllif: admin
  • 25 Oktyabr 2026 11:13

Tarix elmləri doktoru,  professor Cəmil Həsənli Gununsesi.info-nun yazarı Orxan Saffarinin “404” romanı haqqında fikirlərini böıüşüb.

Gununsesi.info tarixçi alimin həmin qeydlərini təqdim edir:

Öləkənin ən gənc və ən uca boy yazıçısı olmağa iddialı Orxan Saffarinin “404” romanını oxuyuram. Əsərdə ikinci Qarabağ müharibəsi və müharibənin doğurduğu sosial-mənəvi mənzərə bədii cəhətdən təsvir edilir.

Romanda “Sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı” bir gəncin cəbhəyə getmək arzuları, hərbi xidmətdən ağır xəsarətlə qayıdan Əjdərin acı həyat hekayəsi, müharibənin doğurduğu pafos və sarsıntılar maraqlı, bir qədər də dramatik süjet xəttində təqdim edilir.

Müəllif “qismən yararlı” adamdan yararlı bir obraz yarada bilib. Belə istedad sahibi olmağına baxmayaraq müəllifin boyu romanın həcmindən çox uzundur. Belə görünür Allah Orxanın boyündan kəsib qələminə versə, gələcəkdə ondan oxunaqlı bir yazıçı alına bilər.

Gununsesi.info