Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası başlayıb

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2026 10:43

Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb.

Gununesi.info xəbər verir ki, toplantıdan əvvəl komissiyanın həmsədrləri – Azərbaycan və Gürcüstanın Baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.

İclasda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Gununesi.info