Bu ilin ilk doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard ABŞ dollarına yaxınlaşıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirilib.
Qeyd olunub ki, doqquz aylıq ticarət dövriyyəsi ötən ilin ümumi göstəricisini artıq üstələyib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.
İclasda Azərbaycanın Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğu da diqqətə çatdırılıb. Azərbaycan investoru tərəfindən Tbilisidə həyata keçirilən yeni hotel layihəsinin açılışı investisiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirilib.












