Ukraynada bütün yetkin vətəndaşlar, o cümlədən qadınlar səfərbərliyə hazır olmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hava Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya deyib.

“Artıq elə bir mərhələdəyik ki, həm qadınlar, həm də 18 yaşdan yuxarı olan insanlar səfərbərliyə hazır olmalıdır”, – deyə o bildirib.

Xatırladaq ki, iyunun 4-də Ukrayna parlamenti 60 yaşdan yuxarı kişilərin könüllü əsasla hərbi xidmətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihəyə əsasən, yaşlı vətəndaşlar Ukrayna Silahlı Qüvvələri ilə birillik müqavilə imzalaya biləcəklər. Onlar üçün iki ay sınaq müddəti tətbiq olunacaq və bu müddətdə müqavilədən imtina hüquqları olacaq.

Ukrayna Müdafiə Nazirliyi isə yaşlıların yalnız döyüş bölgəsindən kənar vəzifələrə təyin edilməsini məqsədəuyğun sayır və bu vəzifələrə yalnız uyğun iş təcrübəsi olan şəxslərin cəlb olunacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri ölkədə vətəndaşların səfərbər olunması ilə bağlı ciddi fikir ayrılıqları yaşandığını etiraf etmişdilər.

Gununsesi.info