
Rusiyada ofis ləvazimatları satan mağazaların sayı kəskin şəkildə azalıb.
Gununsesi.info xəbər verir ki, “Kommersant” “Yandex Maps” xidmətinin məlumatlarına istinadən belə yazır.
Bildirilir ki, 2025-ci ilin may ayına qədər Rusiya Federasiyasında bu cür mağazaların ümumi sayı illik müqayisədə 5% azalaraq 11,76 min satış nöqtəsi təşkil edib. Bu aya qədər ölkə daxilində 630-dan çox dəftərxana ləvazimatları mağazası bağlanıb.
Məsələn, son bir ildə Rostov-na-Donu və Omskda ixtisaslaşmış mağazaların sayı demək olar ki, dörddə bir dəfə azalıb. Əhalisi milyondan çox olan şəhərlərdə azalma illik 12,3% faiz olub.