Polşa qırıcı təyyarələri havaya qaldırdı

  • By Günel
  • 09 İyun 2025 08:18

Polşa Hərbi Hava Qüvvələri Komandanlığı, müttəfiqləri ilə birlikdə Varşavanın döyüş təyyarələrini havaya qaldırdı.

Gununsesi.info xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata görə, Polşa hava məkanında “Rusiya Federasiyasının Ukrayna ərazisində intensiv hava hücumu ilə əlaqədar” özünün və müttəfiqin təyyarələrini səmaya qaldırıb.

Qeyd edək ki, bazar ertəsi gecə Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

Gununsesi.info