
ABŞ-nin San-Fransisko şəhərində qeyri-qanunu miqrantlar etirazlar zamanı Sovet İttifaqı bayraqlarından istifadə ediblər.
Gununsesi.info xəbər verir ki, görüntülər SHOT telegram kanalı tərəfindən yayımlanıb.
Xatırladaq ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması prosesi həyata keçirilib və etirazlar digər bir neçə şəhərdə də özünü büruzə verib. Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar da qeydə alınıb.
Ağ Ev isə baş verən hadisələri iğtişaş adlandırıb.