
Avstraliyanın Pert şəhərindən 17,6 km cənubda, Hind okeanında 5,8 maqnitudada zəlzələ baş verib.
Bu barədə Gununsesi.info xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 01:15-də qeydə alınıb. Zəlzələnin episentri Qərbi Hindistanın Antarktika sualtı silsiləsi ərazisində olub. Yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9 qiymətləndirib. Məlumata görə, zəlzələ ocağı 9 km dərinlikdə yerləşib.