Həccə getmək istəyənlərin nəzərinə!

  • By Admin2
  • 31 Mart 2025 17:17

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:

“Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb”.

Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Gununsesi.info