Türkiyədə kabinet dəyişikliyi davam edəcək

Səhiyyə naziri Fəxrəddin Qocanın ardından, ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki də istefa edib. 

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetində dəyişiklər davam edəcək. 

Hazırda siyasi kulislərdə Ticarət və milli təhsil nazirlərinin də tezliklə istefaya göndəriləcəyi xəbəri dolaşır. 

Səhiyyə nazirliyinə İstanbul Səhiyyə şöbəsinin müdiri Kamal Məmişoğlu gətirilib. 

 Ekologiya və şəhərsalma nazirliyinə  isə son İstanbul bələdiyyə seçkiləri zamanı hakim Ədalət və İnkişaf Partiyasının namizədi olmuş Murad Qurum təyin edilib.  

 

 

Xəqani

Gununsesi.info