
Polşanın Lodz voyevodalığının Volya Laska yaşayış məntəqəsində kimyəvi tullantılar poliqonunda yanğın baş verib, nəticədə 6 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə RMF FM radiostansiyasına yanğınsöndürmə xidmətinin Lodzdakı nümayəndəsi Lukaş Qurçinski məlumat verib.
“İlkin olaraq 6 zərərçəkənlə bağlı məlumatımız var”, – o bildirib.
Nümayəndənin sözlərinə görə, hadisə yerinə 19 yanğınsöndürmə briqadası, həmçinin kimyəvi çirklənmə ilə işləyən xüsusi xilasedicilər qrupu cəlb edilib.
Gununsesi.info