Olimpiya oyunlarının şərhini süni intellekt səsləndirəcək

  • By ilhame
  • 01 İyul 2024 13:23

ABŞ-nın NBC televiziya şirkəti Parisdə keçiriləcək Olimpiadada süni intellektdən istifadə edəcək.

 

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, bunun üçün onlar idman şərhçisi El Mayklsın səsinin versiyasını yaradan proqramdan istifadə edirlər.

 

Süni intellektin köməyi ilə Olimpiya Oyunları ilə bağlı gündəlik icmalın səsləndirilməsi planlaşdırılır.

 

79 yaşlı Maykls əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, səsin orijinala nə qədər bənzədiyini gördükdən sonra təəccüblənib: “Düzünü desəm, şoka düşdüm. Bu, heyrətamizdir. Və bir az da qorxuludur”.

Gununsesi.info