
Rusiyanın Yakutiya vilayətində meşə yanğınları ilə əlaqədar “fövqəladə vəziyyət” elan edilib.
Gununsesi.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəlada Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda Yakutiyada 331 min hektar sahədə 107 yanğınla mübarizənin davam etdiyi bildirilib.
Həmçinin yanğınlara ümumilikdə 1500 nəfərin və 100 avtomobilin cəlb edildiyi, bölgədə “fövqəladə vəziyyət” elan olunmasına qərar verildiyi bildirilib.
Xatırladaq ki, dünya meşələrinin təxminən 20 faizinə malik Rusiya hər il çoxsaylı yanğınlarla mübarizə aparmalı olur.
Ceyhun
Gununsesi.info