
“Çin İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük münaqişəni qızışdırır”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın “Yomiuri Shimbun” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə Çin Rusiyaya pilotsuz təyyarələrin və raketlərin istehsalında, eləcə də elektronika və ikili istifadə texnologiyalarının ötürülməsində gizli dəstəkdə əks olunur.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian NATO-nu Çinin nüvə proqramı və ticarət əlaqələri ilə bağlı yalan məlumatların yayılmasını dayandırmağa, həmçinin nüvə şantajı və təhdidlərinə son qoymağa çağırıb.
Eyni zamanda, Çinin müdafiə departamentinin nümayəndəsi qeyd edib ki, Şimali Atlantika Alyansı kollektiv təhlükəsizlik siyasətində və onun modernləşdirilməsində nüvə silahının rolunu daim artırır.
Şəbnəm
Gununsesi.info