Yanacağın bahalaşmasında müharibə amili

Azərbaycan ilə yanaşı, benzin qiymətlərinin digər postsovet ölklərində də artması  müşahidə edilir. 

Bu gündən Belarusda  benzin təxminən 0,75 faiz bahalaşır. Bir neçə gün əvvəl isə Rusiyada A92 – nin qiyməti artmışdır. Ukraynada isə demək olar ki, hər ay yanacaq qiymətləri dəyişir. 

Gununsesi.info Forbes – Rusiya teleqram kanalına  istinadən xəbər verir ki, buna səbəb Ukraynanın Rusiya ərazilərində yerləşən neft emalı zavodlarına İHA və SİHA ilə hücumlarıdır. 

Təkcə bu ilin yanvarından Rusiyanın 11 böyük neft emalı zavoduna hücum olub ki, bu zavodların istehsal həcmi ildə 102,5 milyon tondur.

Rusiyanın energetika naziri Aleksandr Novak  2023 – cü ildə ölkədə 275 milyon ton neftin emal edildiyini bildirmişdi. Bu isə o deməkdir ki, Rusiyanın neft emalı sənayesinin üçdə biri hücuma məruz qalıb. 

Bu yaxınlarda “Röyter” agentliyi Rusiyanın ölkəyə  yanacaq idxalı üçün tərəfdaşlar axtardığı haqda xəbər vermişdir. 

 Rusiya – Ukrayna müharibəsi zamanı tələb olunan yanacaq miqdarı da bahalaşmaya səbəb olan amillərdəndir.

 

 

Xəqani

Gununsesi.info