Sabah Biləsuvarda ilk dəfə müəllimlərin işə qəbulu imtahanları keçiriləcək

  • By ilhame
  • 01 İyul 2024 22:46

Sabah Biləsuvar rayonunun özündə ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçiriləcək.

 

Gununsesi.info-nun məlumatına görə, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

 

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutacaq.

Gununsesi.info